Kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" mövzusunda seminar keçirilib. Bankdan verilən məlumata görə, seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib. Seminar zamanı "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanıb və bu sahədə beynəlxalq təcrübə bölüşülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31