AtaBank” ASC öz stabilliyini qorudu

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın aparıcı banklarından biri olan "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B" səviyyəsində "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bankdan "OLAYLAR"-a bildirilib ki, "Fitch Ratings" agentliyi "AtaBank" ASC-nin reytinqini qiymətləndirərkən korporativ idarəetmədə müsbət təcrübəsini, yüksələn gəlirliyi və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürüb. Qeyd edək ki, reytinq agentliyi "AtaBank" ASC-nin reytinqini öncə 2012-ci ildə müəyyənləşdirmiş və ən son 2015-ci ilin mart ayında təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31