Rusiya Azərbaycan və İranla enerji sistemlərinin birləşməsinə marağı təsdiq edir

Rusiya Azərbaycan və İranla enerji sistemlərinin birləşməsinə marağı təsdiq edir. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. A.Novak bildirib: "Biz, həmçinin Rusiya, İran və Azərbaycanın enerji sistemlərinin birləşməsi məsələsinin öyrənilməsinə marağı təsdiq edir və üçtərəfli işçi qrupun bərpa edilməsini məqsədəuyğun hesab edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31