Təsərrüfatlardakı heyvanlara nəzarət etmək mümkün olacaq
10 Oktyabr 2012 14:31 İqtisadiyyatOktyabrın 4-dən 9-dək "Tvinninq" layihəsi çərçivəsində Bakı şəhərinin və Abşeron rayonunun bir necə heyvandarlıq təsərrüfatında iribuynuzlu, xırdabuynuzlu və atlar arasında pilot olaraq identifikasiyası tədbiri həyata keçirilib. Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, beynəlxalq ekspertlərin iştirakı ilə aparılan təlimlər və identifikasiya tədbirləri yüksək peşəkarlıqla icra edililib. Bu layihə ölkəmizdə ilk dəfə həyata keçirilir və dekabr ayında başa çatacaq. İdentifikasiya sayəsində heyvanların hərəkətinə, onların xəstəliklərinə, vurulan vaksinlərə, eləcə də heyvanların hansı təsərrüfata məxsus olmasına tam nəzarət etmək mümkün olacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31