SOCAR keçən ay büdcəyə 136 milyon 31 min manat vəsait ödəyib
11 Noyabr 2015 13:11 İqtisadiyyatSOCAR 2015-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 31 min manat vəsait ödəyib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar-oktyabr aylarında isə büdcəyə 1 milyard 271 milyon 276 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 194 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-oktyabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 115 milyon 417 min manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31