Gəncədə qadınlar üçün treninq keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda yerli və xarici mütəxəssislərin iştirakı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün mütəmadi olaraq müxtəlif mövzularda treninqlər təşkil edilir. Nazirlikdən verilən məlumata görə, növbəti treninq Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 10-da gənc sahibkar qadınlar üçün Gəncədə keçirilib. "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib. Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat treninq iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31