Azərbaycan qazının Türkiyəyə verilməsi bərpa edilib
10 Oktyabr 2012 13:34 İqtisadiyyatBakı-Tbilisi-Ərzurum qaz kəmərində baş vermiş partlayış səbəbindən dayanan Azərbaycan qazının Türkiyəyə ixracı bərpa edilib. Bu barədə çərşənbə günü Türkiyənin energetika naziri Taner Yıldız bildirib. Trend-in məlumatına görə, xəbəri IHA agentliyi yayıb.
Oktyabrın 3-də Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bir hissəsində partlayış baş verib. Sonradan partlayışın terror aktı nəticəsində baş verdiyi məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31