ARDNŞ prezidenti: "İnanmıram ki, kimsə "qızıl yumurta" gətirən toyuğu öldürsün" VIDEO

Rövnəq Abdullayevin sözlərinə görə, Gürcüstanda hökumət dəyişikliyi ARDNŞ-in işinə təsir etməyəcək.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünün bütün layihələrini beynəlxalq standartlara və qanunvericilik bazasının tələblərinə uyğun həyata keçirir. Buna görə də Gürcüstanda hökumət dəyişikliyi şirkətin fəaliyyətinə təsir etməyəcək. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.R. Abdullayev bildirib ki, şirkət Gürcüstanda iri layihələr reallaşdırır və ən iri vergi ödəyicilərindən biridir: "Dövlət Neft Şirkətinin layihələri heç bir vəzifə dəyişikliyindən asılı deyil. Mən gözləmirəm ki, bizim layihələrdə hər hansı bir dəyişiklik olsun. Biz Gürcüstanda ən böyük vergi ödəyicisiyik, burada ən böyük layihələr həyata keçiririk. İnanmıram ki, kimsə "qızıl yumurta" gətirən toyuğu öldürsün".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31