Nazir müavini: “Bakıda müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək”

"Baklıda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək. Nəticələr rəsmiləşəndən sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları yeni sistemlə hesablanacaq". APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini bildirib ki, nəticələr artıq məktəblərə göndərilib. Onun sözlərinə görə, bu ilin noyabr və dekabr aylarında 3 şəhərdə, 9 rayonda keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqları isə gələn ilin yanvar ayından artırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31