Gürcüstanda hökumət dəyişikliyi ARDNŞ-nin layihələrinə təsir etməyəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünün bütün layihələrini beynəlxalq standartlara və qanunvericilik bazasının tələblərinə uyğun həyata keçirir. Buna görə də Gürcüstanda hökumət dəyişikliyi şirkətin fəaliyyətinə təsir etməyəcək.Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Abdullayev bildirib ki, şirkət Gürcüstanda iri layihələr reallaşdırır və ən iri vergi ödəyicilərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31