Səudiyyə Ərəbistanı-Azərbaycan biznes-forumu keçiriləcək
3 Noyabr 2015 15:46 İqtisadiyyatDekabrın 7-9-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan biznes-forumu keçiriləcək. Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, forumda iştirak etmək üçün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Biznes-forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31