“Dünyada iqtisadi dirçəliş gələn il də yavaş templə gedəcək”

"Dünya iqtisadiyyatı hələ də zəifdir və iqtisadi dirçəliş gələn il də yavaş templə gedəcək".
"Azadinform" BBC-yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu bəyan edib. Fondun Dünyanın İqtisadi Perspektivi adlı yeni hesabatında deyilib ki, dünya iqtisadiyyatının genişlənməsi bu il 3,3 faiz olacaq. Fond hesab edir ki, ABŞ-da iqtisadi problemlər, avrozonada isə uzunmüddətli böhran həll edilməyincə, vəziyyət bu cür də qalacaq. Hesabata görə, Çin, Hindistan, Rusiya və Braziliya kimi bazarlarda da iqtisadi inkişaf aşağı tempdə müşahidə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31