“Bakıelektrikşəbəkə” enerji verilişini dayandıracaq
9 Oktyabr 2012 16:17 İqtisadiyyat"Bakıelektrikşəbəkə" ASC-dən verilən məlumata görə, qurumun fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 15 oktyabr 2012-ci il tarixi saat 11:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə müəyyən problemlər yaradacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilir.