“Qaqarin” körpüsü təmir olunur
9 Oktyabr 2012 13:24 İqtisadiyyatBakıda dəmir yolu üzərində yerləşən Cavanşir yolötürücüsünün (keçmiş Qaqarin körpüsü) təmirinə başlanılıb."Qafqazinfo"nun "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1962-ci ildə inşa olunan yolötürücüsündə bu günə qədər əsaslı təmir işləri aparılmamışdır.
Uzun müddət istismarda olan 12 aşırımlı yolötürücüsünün ümumi uzunluğu 203 m, eni isə 17 metrdir. Hazırda dayaqların və rigellərin gücləndirilməsi işləri gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31