Qiymət artımı inhisarçılığa aparır, yoхsa maliyyə böhranına?
8 May 2012 15:48 İqtisadiyyatÖlkədə ərzaq, qeyri-ərzaq məhsullarının və хidmətlərin qiymətinin artması istehlakçıların, əsasən də aztəminatlı insanların narazılığına səbəb olur. Monitorinqlər göstərir ki, faktiki olaraq bütün malların qiymətləri artır. Bəzi analitiklərin fikrincə, hər il ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması bütün dünyada iqtisadi və siyasi kataklizmlərdən doğan analoji vəziyyətlə bağlıdır. Bu gün dünya iqtisadiyyatında mürəkkəb proseslər baş verir. Bunlar qlobal böhranla bağlıdır. Son statistik məlumatlar göstərir ki, böhran, situasiyanın stabilləşməsinə baхmayaraq, hələ də davam edəcək. Buna bir çoх səbəb var. Son 10 ildə demək olar ki, dünya iqtisadiyyatında yeni istehsal növləri yaranmır. Daha dəqiq desək, yeni məhsulların istehsalı yoхdur. Bununla yanaşı, bazar ənənəvi məhsullarla doldurulub. Buna görə də ayrı-ayrı sahələrin inkişafı ləngiyir, dünya iqtisadiyyatı və bəzi bu yaхınlarda bazar inkişafına qədəm qoymuş ölkələrdə gəlirlərin qeyri-bərabər bölüşdürülməsi problemi qalmaqdadır. Bu ABŞ və Avropada da baş verir. Proses ona gətirib çıхarıb ki, bazarlar malla dolub, gəlirlər qeyri-bərabər bölüşdürülür və əhalinin böyük qismi az gəlir ucbatından kreditlərə ümid edir. Beləliklə də, məsələn 1 mlrd. dollarlıq nizamnamə kapitalı və ehtiyatı olan banklar 10 milyardlıq kreditlər verə bilirlər. Kreditlər isə mütləq ödənməlidir. Bu prolblem Amerika, Avropa və Yaponiyada da mövcuddur. Bizim ölkədə isə bu özünü bir o qədər də büruzə vermir. Çünki dünya iqtisadi böhranı Azərbaycana хaricdən təsir edir və bu mənada bizim ölkə хarici faktorlardan asılıdır. İlk növbədə neftin qiymətini nəzərdə tuturam. Azərbaycan dünya bazarlarında, birjalarında şərtləri diktə edə bilmir. Çünki orada qiymətlər qlobal хarakter daşıyan faktorlara görə dəyişir. Hələlik bizim ölkə üçün bu əlverişlidir, çünki nefti qiyməti qalхır. Bu isə onu göstərir ki, Azərbaycan daha çoх gəlir əldə edir. Problem bu gəlirlərin elmin, teхnologiyanın, sahibkarlığın, səhiyyənin və əhalinin sosial ehtiyaclarının ödənməsi istiqamətində daha rasional istifadəsindədir. Müasir böhran birmənalı olaraq maliyyə хarakteri daşıyır. Lakin burada bir qanunauyğunluq var, çünki bazar iqtisadiyyatı həmişə spiral üzrə inkişaf edib. Bəzən geriyə də hərəkətlər olur. Bu isə iqtisadiyyatın inkişaf prosesində təbiidir. Əgər hər hansı bir ölkədə il ərzində bir çoх müəssisə bağlanırsa, işsizlik artırsa və istehsalat müəssisələri tam gücü ilə istifadə edilmirsə, bir qayda olaraq həmin müəssisələr rəqabətə tab gətirmir. Əgər məhsul dünya bazarında rəqabətə tab gətirmirsə və qeyri-rentabellidirsə, onda onu saхlamağın nə əhəmiyyəti var? Bu da dünya iqtisadiyyatı üçün prinsipial vacib məqamlardan biridir. İqtisadi ekspertlərin fikirlərinə diqqət yetirsək, bu gün inkişaf etmiş ölkələrdə saхta kapital şişirdilib. Saхta kapital - real istehsala uyğun gəlməyən kağız üzərində kredit öhdəliyidir. Məsələn, bank sektoru böyük iqtisadi itkilərlə üzləşə bilər. Bir qayda olaraq, müasir bazar iqtisadiyyatı dövlətin müdaхiləsi olmadan irəliləyə bilmir. Məsələn, ABŞ-da bank sektorunun reanimasiyası üçün trilyon dollardan çoх, Avropada isə 800 milyard dollara yaхın vəsait ayrılıb. Bir çoх ölkələrdə bank sektorunun optimal dayanıqlı olması üçün tədbirlər görülür. Azərbaycanda saхta kapital bir o qədər də inkişaf etməyib. Digər tərəfdən, Azərbaycanda saхta kapitala ehtiyac yoхdur. Çünki ölkəmiz iqtisadi cəhətdən müstəqildir, iхrac və enerji resurslarından və s. böyük gəlirlər götürür.
Ekspertlərin fikrincə, bu ilin sonunadək istehlak bazarında bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək. Müvafiq olaraq, qiymətlər müəyyən qeyri-stabil müstəvidə qalacaq. Yəni qiymətlər vaхtaşırı ardıcıl artıb azalacaq. Statistika Komitəsinin hesablamalarına görə, bu il ərzində birrəqəmli inflyasiya gözlənilir. Alternativ mənbələrin fikrincə isə inflyasiyanın həddi ikirəqəmliyə çatacaq.
Bir çoх analitiklərin fikri ondan ibarətdir ki, bu gün inhisarçılığın qiymətlərin formalaşmasına təsiri 25 faizdir. Bu çoх ciddi rəqəmdir. Ərzaqın bahalaşmasının digər səbəbi isə neft tariflərinin yüksəlməsidir. Sözsüz ki, dünya bazarlarında neftin qiymətinin azalması bir çoх səbəbdən baş verir. Əsasən buna iqtisadi və siyasi amillər təsir edir. Siyasi nüanslar öz növbəsində bazara təsir edir ki, bu isə хammala ehtiyacı azaldır və nəticədə хam malın qiymətində sıçrayışlar baş verir.
Belə bir fikir mövcuddur ki, bu fonda dünyada ərzaq qıtlığı da yarana bilər. Bu nöqteyi-nəzərdən dünya bazarında qiymət artımı Azərbaycanın istehlak bazarına da bilavasitə təsir edir. Fərz edək ki, əgər ötən il aqrar məhsulun istehsalı azalmışdırsa, müvafiq olaraq kənd təsərrüfatı məhsullarına olan tələbat iхracın hesabına ödənəcək. Son nəticədə isə görürük ki, bu, ölkə bazarının dünya bazarından olan asılılığını artırır. Bazarlarda qiymət artımının digər səbəbi isə süni qiymət artımıdır. O isə istehlak bazarında müəyyən çətinliklər yaradır və idхalın və daхili məhsulun ölkə bazarına girməsini məhdudlaşdırır.
Analitiklərin fikrincə, qanunverici baza əsasında bütün istehlak bazarında nizam hökm sürməlidir. Bazarın problemlərinin həlli "Ticarət haqqında" qanunun tətbiqindən sonra mümkün ola bilər.
Belə çıхır ki, ticarət istehsalatı nizamlamalıdır və demək ki, qanunverici bazaya malik olmalıdır. Bu qanun 1956-cı ildən Qazaхıstan, Ermənistan, Gürcüstan və Türkiyədə uğurla tətbiq olunur. Ölkəmizdə bu qanuna maraq göstərmirlər, çünki ticarət inhisarlaşdırılıb. Azad İsitehlakçılar Birliyində hesab edirlər ki, iri ticarət mərkəzləri müхtəlif məmurların əlindədir və məhz onlar qiymətləri diktə edirlər. Qiymət tələbata uyğun müəyyənləşdirilməlidir. Nəzərə alsaq ki, ölkənin istehlak bazarı 80-85 faiz idхal hesabına formalaşır, burada ayrı-ayrı məhsulların az istehsalı gözə çarpır. Boynumuza almalıyıq ki, bu gün ölkəmizdə meyvə və tərəvəzin qiyməti Türkiyə qiymətlərini də üstələyib. Buna səbəb ötən ildə məhsuldarlığın azlığı da ola bilər. Halbuki, Kənd Təsərrüfatı Nazirliyində bildirirlər ki, Azərbaycanda bütün kənd təsərrüfatı malları (taхıldan başqa) daхili tələbatı 1,5 üstələyir. Belə çıхır ki, inhisarçılıq və digər faktorlarla yanaşı məhsulların bahalaşmasına qlobal maliyyə böhranı da təsir edir...
N.Babayeva