Vergilər Nazirliyi işçi axtarır
8 Oktyabr 2012 13:28 İqtisadiyyatAzərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşları üçün müsabiqə elan edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında 15.10.2012-ci il tarixdən 11.11.2012-ci il tarixədək aparılır. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər. Sənədləri qəbul edilən namizədlər 28.11.2012-ci il tarixdən 01.12.2012-ci il tarixədək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 02.12.2012-ci il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə keçiriləcək.