Azərbaycanın ilk Taksit kartı “Extra Card”ın Türkiyədə təqdimatı oldu
5 Oktyabr 2012 13:37 İqtisadiyyatBank, maliyyə və informasiya texnologiyaları sektorunun öndə gedən şirkətlərinin iştirak etdiyi "CardSmart Bosphorus" Konfransının 4-cüsü İstanbul şəhərində baş tutmuşdur. Bu il "Dünya Ödəniş Texnologiyalarını Danışır" mövzusu ilə həyata keçirilən konfransda ödəmə texnologiyaları ilə bağlı ən son yeniliklər iştirakçılarla bölüşülmüşdür.
Xatırladaq ki, Azərbaycan Sənaye Bankının 5 iyul 2012 tarixində ictimaiyyətə təqdim etdiyi Extra Card-la artıq müxtəlif sektorlardan 150-ə yaxın xidmət və alış-veriş məntəqəsi əməkdaşlıq edir. İctimaiyyətə təqdim olunmasından üç ay kimi qısa müddət keçməsinə baxmayaraq əhali arasında böyük marağa səbəb olan Azərbaycanın ilk taksit kartı Extra Card 10.000-ə yaxın kart istifadəçilərinin sayını ve partnyor şəbəkəsini artırmağa davam etməktədir.
Extra Card istifadəçiləri partnyor olan alış-veriş və xidmət məntəqələrindən xidmətin və ya məhsulun dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və %10-ə qədər bonuslar qazanmaq imkanı əldə edirlər.
Həmçinin "Extra Card" ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı, hər növ kommunal və rabitə ödənişlərini də asanlıqla həyata keçirilə bilər.