Taxıl və un bizi zəhərləyir?

Amerikalı alimlərin apardıqları son araşdırmaların nəticələrinə görə, hazırda bəşəriyyətin əsas qidası olan buğda və taxıl orqanizm üçün təhlükə mənbəyidir.
Daha dəqiq desək, amerikalı alimlər iddia edirlər ki, taxıl və buğda ideal xroniki zəhərdir.
Milli.Az CBS-ə istinadən bildirir ki, CBS This Morning proqramına dəvət edilmiş məşhur kardioloq Uilyam Devis buğdanın insan orqanizminə zərərlərindən bəhs edən kitab yazıb.Bestsellerə çevrilmiş kitabın müəllifinin dediyinə görə, indi yediyimiz çörək və un məmulatlarının hazırlandığı unun "xammal"ı olan buğda nəsillər əvvəlki buğdadan tam fərqlənir.Devis bildirir ki, indiki buğda 1960-1970-ci illərdəki genetik eksperimentlər nəticəsində əldə edilmiş növlərdən alınan 18 düymlük bitkidən alınır."Buğda barədə çox məqamlar var ki, bu barədə kimsə geniş ictimaiyyətə məlumat vermir. Məsələn, çağdaş buğda növlərində "qliadin" adlı yeni protein var. Bu, buğdanın adi qlyuteni deyil. Qlyutenə allergiyası, seliakiya xəstəliyi olan insanlara üz tutmuram. Hər gün qliadin qəbul etmək məcburiyyətində qalan və bunu bilməyən insanlara müraciət edirəm: bilin, buğdanın tərkibindəki qliadin əslində opiatdır. O, beynimizdəki opiatlar reseptoru ilə dərhal əlaqəyə girir və bizdə iştah oyadır", - Devis bildirib.Kənd təsərrüfatının və aqrar strukturların əvvəllər əkilən buğda növlərinə qayıtmaq imkanlarından bəhs edərkən Devis deyib ki, bu, mümkündür, amma iqtisadi baxımdan sərfəli sayılmayacaq. Çünki indiki taxıl növləri ilə müqayisədə əvvəlki növlərin məhsuldarlıq göstəriciləri daha aşağıdır.
Gündəlik rasionda çörək və un məmulatlarının həcmini azaldan insanlar isə opiat qəbulunu aşağı saldıqları üçün arıqlamağa başlayırlar.
"Əgər üç nəfər 2 kiloqram arıqlayırsa, bu, əladır. Amma biz yüz minlərlə insanın 15, 40, 70 kq arıqladığını görürük. Şəkərli diabet xəstələri ağrılarını unudur, artrit xəstələrinin vəziyyəti yüngülləşir. İnsanlar ayaqlarındakı şişlər, turşu reflyuksu, zədələnmiş bağırsaq sindromu, depressiya və s.-ni unudurlar", - Devis söyləyib.
Amerikalı kardioloq hesab edir ki, çağdaş buğda növlərinin insan orqanizminə zərərli təsirini azaltmaq üçün gündəlik rasionda meyvə və tərəvəz artırılmalıdır.
"Dünya dövlətlərində indiki buğda növlərindən imtina etməyə çağırıram. Səhiyyənin necə transformasiya olduğunu o zaman görəcəyik", - amerikalı kardioloq söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31