Rusiya avtomobil şirkətləri qadağalardan narahatdır - AKTUAL

Ramil Osmanov: “Qadağalar əmlak bazarına ciddi təsir etməyəcək!”

Oktyabrın 1-dən Rusiya istehsalı olan "VAZ-2107" və "VAZ-2115 markalı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulub. Məlumatı KİV-ə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Rusiya istehsalı olan avtomobillər "Euro-3" yanacaq standartına cavab vermir. Rusiya istehsalı olan avtomobillərin Azərbaycana idxalıına qoyulan qadağaların əsas səbəbi həmin avtomobillərin istehsal zamanı metaldan düzgün istifadə edilməməsi ABC əyləc sisteminin və təhlükəsizlik yastıqlarının olmamasıdır. Azərbaycanda son zamanlarda baş verən qəzaların 60-70%-i rus avtomobillərinin payına düşür. Həmçinin əhalinin daha çox maraq göstərdiyi rus avtomobilləri məhz idxalına qadağalar qoyulmuş "VAZ-2107", "VAZ-2106" və "VAZ-2115" avtomobilləridir. Rusiya avtomobilərinə marağın və çox alınmasının əsas səbəbi onların xarici marka avtomobillərinə nəzərən daha ucuz olmasıdır. Hətta Rusiyanın özündə də "VAZ" avtomobillərinin bəzilərinin istehsalı dayanıb. Rusiya avtomobillərin əsas bazarı MDB ölkələridir. Bəzi ölkələrin "avro" stilə keçməsi Rusiyanın maşın bazarını tamamilə aşağı salıb. Rus avtomobillərinin əsas idxalçısı Azərbaycan sayılırdı. Azərbaycan Dövlət Gömrük Komitəsinin rus avtomobillərinə qoyduğu qadağa isə Rusiya avtomobil şirkətlərini tamam qayğılandırıb. Çoxlu sayda problemləri və bərbad istehsal olunmasına baxmayaraq Rusiya avtomobilləri Azərbaycan bazarında özünə həmişə çoxlu sayda alıcı tapmağı bacarıb. Bir yandan da rus avtomobillərinə qoyulan qadağalar maşın alqı-satqısı ilə məşğul olan sahibkarlara sərf etməyəcək. Qadağalar əmlak bazarına da sözsüz ki, təsirsiz ötüşməyəcək. May ayından qoyulan qadağalardan sonra Azərbaycanda avtomobil idxalı kəskin şəkildə aşağı düşüb. Sahibkarlara rus avtomobillərini ölkəyə gətirməsi asan başa gəlirdi. Rusiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağaların əmlak bazarına ciddi təsir etməyəcəyini bildirən Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov: "Düşünmürəm ki, qadağalar əmlak bazarına ciddi təsir etsin. Qiymət düşməsi indiki məqamda mümkün deyil. Ölkədə olan Rusiya avtomobillərinin taksi xidmətinə çıxarılması təklifi də irəli sürülüb. Digər tərəfdən də ayrı-ayrı adamlara məxsus olan avtomobillərin satışa çıxarılması da təşkil olunacaq. Satışa çıxarılacaq avtomobillər uyğun qiymətlər daxilində xarici marka avtomobillərə dəyişdiriləcək. Qadağalara baxmayaraq rus avtomobillərinin qiymətlərində düşüm halları müşahidə olunmur. Amma, rus avtomobilləri ilə bağlı yenilənmə prosesləri gedir. Hələ Azərbaycanda belə avtomobillərə tələbat var. Qəbul edilən qərarlara nisbi dəyişikliklər olacaq. Amma, mütləq hal almayacaq!" (OLAYLAR İA)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31