Saxta ərzaq mallarının satışdan çıxarılması davam etdirilir
7 May 2012 18:53 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonunda Ə.Əliyev küçəsi, bina 12 ünvanında yerləşən "Zəmi market"də
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Nəsimi rayonunda 28 May küçəsi, 34 ünvanında Nurməmməd Məmmədova məxsus mağazada; Ş.Bədəlbəyli küçəsi, 104 ünvanında Mədət Novruzova məxsus mağazada; K.Səfərəliyeva küçəsi, ev 19 ünvanında yerləşən "Yaşıl market"də; D.Əliyeva küçəsindəki "Gülüstan market"də və Samir Həsənova məxsus mağazada; Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi, ev 17 ünvanında yerləşən "Picco market"də; H.Əliyev küçəsi, ev 117, mənzil 37 ünvanında Vilayət İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır. Ağstafa şəhərində H.Əliyev prospektində Orman Niyazova məxsus mağazada;
Sumqayıt şəhərində H.Əliyev prospekti, ev 5/81, 45-ci məhəllə ünvanında Nurulla Ələkbərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilmişdir. Nərimanov rayonunda Z.Bünyadov prospekti, 75 ünvanında Zakir Həsənova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.