ARDNŞ-dən yenilik
3 Oktyabr 2012 20:28 İqtisadiyyat"SOCAR Ukrayna" şirkəti iOS və "Android" əməliyyat sistemi olan qurğular üçün mobil əlavə işləyib hazırlayıb və istifadəyə verib.
ARDNŞ-in rəsmi saytının verdiyi məlumata görə, bu əlavə vasitəsilə mobil cihaz sahibləri "SOCAR" brendi altında fəaliyyət göstərən ən yaxın yanacaqdoldurma məntəqəsinin yeri və təklif etdiyi xidmətlər, habelə "SOCAR Ukrayna"nın mövcud səhmləri barədə məlumat alacaqlar.
Mobil əlavə pulsuz yüklənir. Ondan istifadə etmək üçün İnternetdən müvafiq proqramı yükləmək kifayətdir. Proqramı işə saldıqdan sonra, istifadəçi avtomatik olaraq rusdilli menyuya daxil olur. "SOCAR Ukrayna" ümid edir ki, bu əlavə vaxtına qənaət edən və həmişə şirkətin yeniliklərindən xəbər tutmağa çalışan müştərilər üçün faydalı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31