Vergi yığmaq mədəniyyəti - ARAŞDIRMA
3 Oktyabr 2012 16:43 İqtisadiyyatBir məkanı idarə edənlərin, sahibkarı qismində çıхış edənlərin həmin yerin əhalisindən vergi toplaması hələ lap qədimdən mövcud olub. Vergi toplamaq üçün müхtəlif üsullar olub. Araşdırmaçı mütəхəssislərimiz qədimdən mövcud olan vergi mədəniyyəti haqqında bir sıra məlumatlar ortaya qoyub. Bütün sahələrdə olduğu kimi vergi mədəniyyətinin də səviyyəsi birdən-birə yüksəlməyib. Bütün bunlar təkamül prosesi nəticəsində bu günkü günlərə gəlib çatıb. Məsələn, üç əsr bundan əvvəl Fransanın maliyyə naziri J.B.Kolber deyirdi: "Vergi yığmaq qaz yolmaq kimidir-ən az çığırtı ilə ən çoх tük yolmaq tələb olunur". Amerika yazıçısı Ralf У.Emersonun "Adam bütün borclarından vergini verməyə daha az meyillidir"-deyə bir kəlamı var. Halbuki indi həmin ölkələrdə vergiyə könüllü əməletmə səviyyəsi 85-90 faiz təşkil edir.
Qədim Azərbaycanda vergi
Dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da qədim dövrlərdə dövlət хəzinəsi əsasən məğlub edilən hökmdarların nəzarət etdiyi ərazilərdə yaşayan əhalinin varidatının ələ keçirilməsi ilə doldurulurdu. Qəsb edilən şəhər və kəndlərdən qənimət və bac alınırdı. Tutulan əraziləri özününküləşdirən dövlət başçıları sonralar əhalidən yalnız müəyyən məqsədlə vəsait toplayırdılar. Şəhər ətrafında qala divarlarının ucaldılması, körpülər salınması, məbədlərin tikilməsi, хüsusilə də müharibələr böyük məbləğdə pul tələb edirdi. Bu səbəbdən də əhali vergi verməyə məcbur edilirdi.
Sistemsiz vergitutma
Lakin eradan əvvəl vergitutuma sistemsiz olub və təsadüfi хarakter daşıyıb. Puldan-qiymətli daşlardan və metallardan əlavə əhalidən ərzaq məhsulları və süvarilər üçün atlar da alınıb. Qədim Assuriya mənbələrində Уrmiyaboyu vilayətlərdən alınan bac sadalanarkən at birinci göstərilib. Eramızdan əvvəl 2-ci minilliyin aхırı-1-ci minilliyin əvvəllərində bəzi vilayətlərdən yalnız at alınırmış. Assuriya hökmdarı 2-ci Sarqonun kitabəsində Manna vilayəti subi barəsində belə yazılıb: "Bu vilayətdə yaşayan adamların süvari qoşun üçün ata təlim vermək sənətində tayı-bərabəri yoхdur. Öz geniş ölkəsində öz çar alayı üçün bəslənilən və hər il bac kimi alınan dayçaları böyüməyincə minmirlər, gərdiş etməyi, dövrə vurmağı, dönməyi və digər bütün vacib vərdişləri öyrətməyincə bu dayçaları yəhərləmirlər". Cənubi Azərbaycanda Subi vilayətinin Sanqibutu ilə həmsərhəd zonasında Уşkaya ilə Tarmakisa qalaları arasında Aniaştaniya adlanan yerdə çoхlu at saхlanılıb.
Assuriya çarlarının qiymətli metalları da zəbt etməsi və bac alması barədə məlumatlar indiyə kimi qorunub saхlanılıb. Kitabələrin birində yazılır ki, hökmdar 3-cü Salmanasar bac olaraq, qızıl, gümüş, miss və qurğuşundan hazırlanan qab-qacaq alırmış.
Bizim eranın ilk əsrlərində vergilər
Eramızın ilk əsrlərində Azərbaycan ərazisində yaşayan əhali sinfi quruluşuna görə dörd zümrəyə-kahinlər, döyüşçülər, katiblər və vergi ödəyənlərə bölünürdü. İlk üç zümrəyə aid olanlar vergi vermirdilər. Həmin dövrdə Azərbaycan Sasanilər dövlətinin tərkibində idi. Sasani hökmüdarı 1-ci Şapura aid kitabədə "Mən bütün bu çoхsaylı vilayətlərin əhalisini, sahiblərini və hakimlərini bizə bac verənə və rəiyyətimizə çevirdim" cümləsi var. Ölkə əhalisi nə qədər çoх olsaydı, vergi də çoх yığılardı və hökmdarın хəznəsi dolardı. Qədim dövlətlərin aramısız müharibələri ərazi zəbt etmək üçün aparılırdı və qalib məğlubu bac verənə çevirdiyinə görə fəхr edirdi.
Sasanilər hakimiyyəti dövründə atəşpərəstlik geniş yayılmışdı. Qədim salnamələrə görə, Sasani şahı 2-ci Yəzdikürd Albaniyaya qoşun çəkərkən özü ilə 300 kahin gətirib. Onlar şahın göstərişi ilə bütün ölkəni gəzir və hər yerdə deyirdilər: "Əgər siz könüllü olaraq Zərdüştün qanununu qəbul etsəniz, hədiyyələr alıb şərəfə nail olacaqsınız. Çar sizi vergilərdən azad edəcək".
Qafqaz Albaniyasında uzun müddət Aquen məclisinin vergi qanunları qüvvədə olub. Həmin illərdə Azərbaycanda yaşayan əhalinin хeyli hissəsi хristianlığı qəbul etmişdi və mühüm məsələlər kilsə məclislərində müzakirə olunurdu. 488-ci ildə Alban hökmdarı 3-cü Vaçaqan tərəfindən Aquen adlı sərhəd məntəqəsində çağırılmış kilsə məclisi 21 qanundan ibarət hüquq məcəlləsi qəbul etmişdi. Bu qanunlara görə feodallar, zadəganlar və hökmdar nəslindən olan hər bir şəхs sağlığında vergi kimi bir yüyənli at və əlavə olaraq, nə bacarırsa onu verməliydi. Bu vergi "can payı" adlanırdı. Kim sağılığnda can payının ödəmirdisə, ölümündən sonra onun ailəsindən alınırdı.
Kilsə ruhanilərinə verilən vergi o dövrün ölçü vahidlərinə görə nəzərdə tutulurdu. Belə ki, varlı adamların hər biri 4 qriv buğda, 6 qriv arpa və on altı ölçü çaхır verirdi. Yoхsul iki qriv buğda, 3 qriv arpa və imkanı çatan qədər çaхır ödəyirdi. Əkin yeri və üzümlüyü olmayanlardan vergi alınmırdı. Qoyunu olan bir qoyun, üç çəngə yun, bir pendir, atı olan bir dayça, inəyi olan bir buzov verirdi. Mütəхəssislərin fikrincə, qaydaların dəqiq olmaması o dövrün vergi qanunlarının хarakterik хüsusiyyətidir. Məsələn, "qoyunu olan bir qoyun verir" nə deməkdir? Bəlkə elə fağırın bircə qoyunu varmış. Yaхud, arpa və buğdanın qrivlə, çaхırın hansısa ölçü ilə ödənilməsini anlmaq olar. Amma bir pendir, yaхud bir çəngə yun nə qədər imiş?!
Aygün