Dövlət zəmanəti ilə kredit alan təşkilatlar da illik hesabat verəcəklər

Bundan sonra dövlət zəmanəti ilə kredit alan və ya dövlət büdcəsinin xərclənməsi ilə bağlı layihələrdə iştirak edən təşkilatlar da illik maliyyə hesabatı verəcəklər. Milli Məclisin iqtisadi siyasət komitəsindən verilən məlumata görə, bu məqsədlə "Mühasibat uçotu haqqında" qanunda dəyişiklik edilib. Dəyişikliyə əsasən bu qayda həmçinin büdcədən subsidiya, qrant alan və müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına da şamil edilcək. İllik maliyyə hesabatına auditor rəyi də əlavə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31