Ceyhan limanından 1 milyon 654 min 929 ton xam neft ixrac edilib

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin sentyabr ayında Novorossiysk limanından 159 min 600 ton, Supsa limanından 322 min 980 ton, Ceyhan limanından 1 milyon 654 min 929 ton xam neft ixrac edib.
ARDNŞ-dən "Azadinform"a verilən məlumata görə, ümumilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 434 min 195 ton, Supsa limanından 2 milyon 176 min 887 ton, Ceyhan limanından isə 15 milyon 505 min 602 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31