Rasim Ağcayevə maliyyə sanksiyası

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında Rasim Ağcayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal olunmuş yarımfabrikat məhsulların (ətli blinçik, toyuq kotleti və yarpaq dolması) saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi, eləcə də məhsulların  saxlama müddətinin normativ texniki sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, etiketlərində qoyun ətindən hazırlandığına dair məlumat verildiyi halda, həmin məhsulların dondurulmuş mal ətindən istehsal edilməsi və məhsulların uyğunluq sertifikatı olmadan istehsal edilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.  Bu səbəbdən  Rasim Ağcayevə 4,7 min  manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31