DAMF proqnozu 105,5 faiz icra edib

2012-ci ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 799,2 milyon manta təşkil edib. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, bu, ötən ilin müvafiq gövrü ilə müqayisədə  30,2 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət social sığorta haqları üzrə daxilolmalar 12,5 faiz artaraq 407,2 milyon manat təşkil edib.  Fondun xərcləri isə 781,3 milyon manat təşkil edib. Məcburi dövlət social sığorta haqları üzrə daxilolmaların 60 faizi qeyri-dövlətbüdcə sektorunun payına düşüb. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar isə  162,8 milyon manata çatıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31