Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu elan edib.

- müasir çörək istehsalı müəssisəsinin yaradılması;

- kiçik və ya orta həcmli müasir quşçuluq təsərrüfatının yaradılması;

- kiçik və ya orta həcmli müasir istixana təsərrüfatının yaradılması;

- müasir bağçılıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31