Bu gündən bəzi Rusiya istehsalı olan maşınların ölkəmizə gətirilməsinə qadağa qoyulur VIDEO

Qadağa VAZ-2114 və VAZ-2115 maşınlarına aid ediləcək

Bu gündən etibarən Azərbaycana Rusiya istehsalı olan və ABŞ əyləc sistemi quraşdırılmayan daha iki avtomobil modelinin idxalı qadağan olunur. Bunlar VAZ-2114 və VAZ-2115 avtomobilləridir.

Xatırladaq ki, may ayından VAZ-2107 avtomobillərinin ölkəyə gətirilməsi dayandırılıb. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydin Əliyev açıqlama verib: "Bu gündən yox, ümumiyyətlə son 3-4 ay ərzində bu maşınların ölkəmizə idxalı olmayıbdır. Baxmayaraq ki, biz demişdik ki, hökumət qarantisi olan sazişlərə bu şamil olunmur. Bu gündən artıq bu maşınlar ölkəyə gətirilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31