İranın milli valyutası dəyərdən düşür
1 Oktyabr 2012 13:51 İqtisadiyyatİran tüməni ciddi şəkildə dəyərini itirib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, bir neçə saat ərzində tümənin məzənnəsi dollara görə 6 faiz dəyərdən düşüb. Beləliklə Tehranda bir ABŞ dolları 26.900 tümənə mübadilə edilib. Ölkədə qızılın qiyməti isə əvvəlki günlərlə müqyisədə 3 faiz artıb. İran Mərkəzi Dövlət Bankı dollar və avro alışını dayandırıb. Mütəxəssislər hesab edirlər ki, alışların davam etməsi təqdirdə tümənin daha da dəyər itirəcəyindən çəkindiyindən İran dövləti belə bir addım atıb. Son bir ayda isə İranda ərzaq məhsullarının qiyməti 50 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31