İranda 22 bankın təhlükəsizlik sistemi sındırılıb

3 milyon bank müştərisinin göstəriciləri haqda məlumat yayılıb

Bu günlərdə iranlı hakerlər ölkədəki bankların 3 milyon müştərisinin göstəricilərini çap edib. Lent.az-ın "ANTI-MALWARE"-ə istinadən məlumatında bildirilib ki, hakerlər ölkə üzrə 22 bankın təhlükəsizlik sistemini sındırıb.Mənbənin bildirdiyinə görə, bu qəsdçilərin məqsədi heç də pulla bağlı olmayıb.Hakerlərdən biri, Xosrov Zarifəridin sözlərinə görə, hələ bir öncə bankın təhlükəsizlik sistemində çatışmazlıq aşkarlayıb, bunu maliyyə qurumunun başçısına xəbər verib. Bankın sədri buna reaksiya verməyib. Bir müddət sonra onlar min müştərinin göstəricisini bank rəhbərliyinə göndəriblər. Buna cavab almayanda hakerlər öz bloqlarında 3 milyon müştərinin bank hesabını çap edib. Orada kartların kodu və pin-kodları da olub. Zarifərid elektron ödəmə şirkətinin əməkdaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31