Cəlilabad rayonuna 2 milyon manat ayrıldı
28 Sentyabr 2012 19:55 İqtisadiyyatAzərbaycan prezidenti Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə, otuz üç min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31