Yumurta ilə yanaşı quş ətinin də qiyməti artacaq
Vahid Məhərrəmov: “Yemə olan tələbatı daxili imkanlar hesabına ödəmək lazımdır”
28 Sentyabr 2012 13:33 İqtisadiyyatYumurtanın qiymətinin artmasına əsas səbəb dünya bazarında yem məhsullarının bahalaşmasıdır". Bunu "OLAYLAR"a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycanda quşçuluq fabriklərində istifadə olunan yem məhsulları xaricdən gətirildiyindən qiymət artımı yumurtaya sirayət edib. Ekspert onu da bildirir ki, yumurta ilə yanaşı quş ətinin qiyməti yaxın zamanda artacaq: "Hazırda quşçuluqda istifadə olunan yem məhsullarının 65-70 faizi demək olar ki xarici ölkələrdən gətirilir. Yemin qiymətinin dünya bazarında qalxması daxili bazarda qiymətlərin artmasını şərtləndirib. Bu özünü ilk olaraq yumurtanın qiymətində göstərdi. Yaxın vaxtlarda quş ətinin qiymətində də artım olacağı qaçırlmazdır". Ekspert onu da deyib ki. problemin qarşısını almaq üçün yemə olan tələbatı daxili imkanlar hesabına ödəmək lazımdır