“Azercell”ə qarşı 20 milyon manatlıq məhkəmə iddiası

"Aztelekom" İstehsalat Birliyi "Azercell Telekom" MMC-ni məhkəməyə verib. Femida.az-ın məlumatına görə, ziyanın tutulması tələbi barədə iddianın məbləği 21 milyon manata yaxındır. "Azercell Telekom" MMC-nin qarşılıqlı iddiası üzrə iddia etdiyi məbləğ 6,3 milyon manatdan çoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iddia təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə əvvəlki instansiyaların qərarını ləğv edib, iş yenidən Bakı Apellyasiya Məhkəməsində baxışa qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31