Saxta endirim kampaniyalarına inanmayın!
25 Sentyabr 2012 18:06 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilmişdir. Belə ki, mağazada endirimlərin tətbiq olunması barədə reklam verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanmışdır. Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanmışdır. Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31