Rövnəq Abdullayev İsraildə neft axtaracaq
25 Sentyabr 2012 17:35 İqtisadiyyatBu il oktyabrın sonunda Azərbaycanın SOCAR şirkəti Aralıq dənizində İsrailin ərazi sularında qazma işlərinə başlayacaq. Bu barədə SalamNews-a qazma işlərinin icra edəcək CDC (Caspian Drilling Company- SOCAR-ın törəmə şirkəti) baş direktory Fərid Axundov bildirib. Onun sözlərinə görə, Aralıq dənizində İsrailə məxsus "Şemen" yatağında qazıntı işlərinə başlamaq üçün bütün hüquqi və texnili hazırlıq işləri başa çatdırlıb. Qazıntı işləri isə plana uyğun olaraq oktyabrın sonunda başlanılacaq. F.Axundov bildirib ki, şirkət yataqda iki kəşfiyyat quyusu qazmağı planlaşdırır və bu məqsədlə qazma qurğuları əraziyə gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31