“Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatı azalır?
İlham Şaban: “Hasilat 2014-cü ildən etibarən artmağa başlayacaq”
25 Sentyabr 2012 15:09 İqtisadiyyatRöyters agentliyi Azərbaycanda neft hasilatının azalması ilə bağlı məlumat dərc edib. Məlumatda qeyd olunur ki, Azəri-Çıraq-Günəşli yataqlarında neftin hasilatı o qədər sürətlə azalır ki, Azərbaycan hökuməti layihənin kommersiya əhəmiyyətini qoruyub saxlamaq məqsədilə xarici investorlar üçün şirnikləndirici vasitələrə əl atmalıdır. Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "OLAYLAR"a açıqlamasında deyib ki, sözügedən yataqda hasilat 2014-cü ildən etibarən artmağa başlayacaq: "Bu da Qərbi Çıraq platformasında hasilatın başlaması ilə əlaqədar olacaq. Bu platformanın işə salınması ilə 2016-cı ilə qədər hasilat artmağa doğru gedəcək və sonra yenidən azalacaq. Bu da təbiidir, çünki, yataqların məhsuldarlığının pik dövrü arxada qalıb. Bu normal bir şeydir. Əgər nəzərə alsaq ki, artıq cari ilin sonuna ACG-den 300 mln ton neft hasil edilmiş olacaq. Bu çox böyük bir rəqəmdir.