Aİ Transxəzər layihəsinin tikintisi ilə bağlı müzakirələr aparır

Transxəzər qaz kəmərinin tikintisi Azərbaycan və Türkmənistanın maraqlarındadır. Avropa İttifaqı bu qənaətə gəlib. "OLAYLAR"ın məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Roland Kobia jurnalistlərə açıqlamasında belə deyib.O bildirib ki, Avropa İttifaqı  əvvəlki kimi Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin reallaşdırılması məsələsini müzakirə edir: " Nazirlər səviyyəsində danışıqların sonuncu mərhələsi sentyabrın əvvəlində Aşqabadda energetika üzrə Avropa komissarı Günter Ottingerlə aparılıb və biz müzakirələri davam etdirməyə hazırıq". Səfir deyib ki, layihənin reallaşdırılması təşəbbüsü çox çətindir: "Biz bu dəhlizi Türkmənistan və Azərbaycanın maraqları çərçivəsində inkişaf etdirmək imkanına malik olacağımıza inanırıq". Onun sözlərinə görə, Aİ Xəzərin statusu məsələsinin həll olumamasını layihənin inkişafına maneə hesab etmir: "Xəzərin statusu məsələsinin Transxəzər qaz kəmərinin reallaşdırılmasına təsir etməsi üçün heç bir hüquqi əsas yoxdur.Tikinti məsələsi müzakirə olunacaqsa, onda bu, Bakı ilə Aşqabad arasında müzakirə olunmalıdır, Xəzər dənizinin başqa ölkələrinə aid olmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31