ARDNŞ yeni quyular qazır

Kompleks Qazma İşləri Trestinin "Abşeron" Qazma İşləri İdarəsi "Əmirxanlı" yatağında 1647 nömrəli quyuda qazma işlərinə başlayıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Maykop" lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 800 metrdir. Bundan başqa, həmin idarə tərəfindən "Pirallahı adası-quru" yatağında 1081 nömrəli quyunun qazmasına başlanılıb. Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 700 metrdir.

Geoloqların hesablamalarına görə, quyuların hər birindən sutkada 3-4 ton neft hasil ediləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31