Səbail rayonunda qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq
24 Sentyabr 2012 13:29 İqtisadiyyatƏmlak Məsələləri Dövlət Komitəsi respublikanın şəhər və rayonlarında kiçik dövlət müəssisə və obyektlərinin hərracını keçirəcək. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, ilkin olaraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba şossesinin 27-si kilometrliyində yerləşən qeyri-yaşayış sahəsi və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 118 ünvanda yerləşən qeyri-yaşayış binası hərraca şıxarılacaq. Sözügedən obyektlərin hər ikisi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindədir. Qeyri-yaşayış sahəsinin start qiyməti 19080, qeyri-yaşayış binasının start qiyməti isə 9521 manatdan başlanır. Eyni zamanda oktyabrın 16-da Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 4 ünvanda yerləşən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə tabe olan üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq. Onun start qiyməti 7150 manatdır.