500 kiloqramdan artıq mal yararsız çıxdı
3 May 2012 19:02 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Sabunçu rayonunda Bakıxanov ticarət mərkəzində Kamal Ömərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Xətai rayonunda Qaçaq Nəbi küçəsi, 2319-cu məhəllə, ev 5 ünvanında yerləşən "Şaban market"də; M.Hadi küçəsindəki "Miri market"də və Yaqub Əhmədova məxsus mağazada ;
- Zığ yolu, 9A ünvanındakı "Bərəkət market"də; Sabunçu rayonunda Zabrat 2 qəsəbəsi, ev 22 ünvanında yerləşən "Halal market"də; Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 13 ünvanında İbrahim Əsgərova məxsus mağazada; Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 13, mənzil 58 ünvanındakı "Uğur market"də; Suraxanı rayonunda Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 70 ünvanında yerləşən "Güllücə market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində Mikayıl Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Abşeron rayonunda Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində Aqil Quliyevə məxsus mağazada; Sumqayıt şəhərində Rustavi küçəsi, 20-ci məhəllədə İsa Tahirova məxsus mağazada; Qax şəhərində M.Məmmədov küçəsindəki "Əfsanə market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır. Sabirabad rayonunda Qalağayın kəndində Arif Əsədova məxsus mağazada; H.Əliyev prospektində Bəxtiyar Fərəcova məxsus mağazada; Quba rayonunda Paşaoba kəndində İlham Kəbirova məxsus mağazada; Ağdam rayonunda Mahrızlı kəndində Qalib Qarayevə məxsus mağazada; Biləsuvar rayonunda H.Əliyev prospektində Asif Əzizova və Ruhiyyə Baxşəliyevaya məxsus mağazalarda; Goranboy şəhərində V.Bayramov küçəsində Valeh Hacıyevə məxsus mağazalarda; Xan Qərvənd kəndində Mübariz Rüstəmova məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir.Ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan artıq ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.