Neft Fondu niyə qızıl alır? - FİKİR
Vüqar Bayramov: « Neft pullarımızın son 1 ildə qiymətini hər unsiyada 40 dollar itirmiş qızıla yönəldilməsi anlaşılan deyil»
21 Sentyabr 2012 17:47 İqtisadiyyatAzərbaycan Dövlət Neft Fondu (ARDNF) 10 ton qızıl alıb. Fond həmin qızılları London banklarında saxlanyır və onun Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq gedir. ARDNF ölkəyə gətiriləcək qızılın gömrük rüsumlarından azad olunması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bu məsələ həll olunandan sonra qızılın ölkəyə gətirilməsinə başlanacaq. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, neft Fondu vəsaitlərinə qızıl alınmasını gecikmiş addım kimi dəyərləndirmək lazımdır: " Son 1 ildə qızılın hər unsiyasının qiyməti 40 dollar aşağı düşüb və bu 3 faizlik azalma deməkdir. Qızılın interval olaraq qiymətinin aşağı düşdüyü dövrdə ARDNF-in vəsaitlərin bir hissəsini qızılda saxlamağa başlaması təəccüd doğurur. Maraqlıdır ki, fondun qızıl almaq istəyi dünya bazarında bu qiymətli məhsula marağın azalması müşahidə edilən dövrə təsadüf edir". İqtisadçı alim 2008-ci ildən bəri dəfələrlə Neft Fondu aktivlərinin bir hissəsinin qızıla saxlanılmasını təklif etdiklərini deyib: "o zaman bu onunla əlaqələndirilirdi ki, aktivlərin valyuta ilə saxlanılması arzuolunan deyildi. Qızıl isə qlobal maliyyə böhranı dövründə ən çox dəyər qazanan yığım vasitəsi idi. Bu baxımdan ativlərin qızılla saxlanılması həmişə aktualdır. Lakin təəssüf ki, həmin vaxt Dövlət Neft Fondu aktivlərin qızılla saxlanılması barədə qərar qəbul etmədi. Qlobal maliyyə böhranı başlanandan indiyə kimi qızılın dünya bazarında qiyməti 3,5 dəfə artıb. Bu isə o deməkdir ki, böhran başlanandan bəri qızılın qiymətində güclü artımlar var. Aktivlərin həmin vaxtı qızılla saxlanılması barədə qərarın verilməməsi praktik olaraq Dövlət Heft Fondunu potensial gəlirlərdən məhrum etdi. İndiki halda isə aktivlərin qızılla saxlanılması daha çox gecikmiş qərar kimi qiymətləndirilə bilər. Qızıla böhrandan sonra tələbatın azalması müşahidə edilir və belə olan halda Fondun qızıl aılışı nəinki geçikmiş qərardır, hətta presepektiv olaraq riskli addımdır". Vüqar Bayramov deyib ki, Neft Fondu vəsaitlərini daha çox Amerika Birləşmiş Ştatlarının federal istiqrazlarının alınmasına yönəldir. Dövlət Neft Fondunda isə aktivlərin idarə edilməsi ilə bağlı aydın strategiya yoxdur. Fond prosesləri öncədən proqnozlaşdırmaq əvəzinə daha çox arxasınca sürünür. Bu da fondun aktivlərinin idarə edilməsindən əldə olunan vəsaitlərin həcminin artımına imkan vermir.Iqtisadçı alimin fikrincə, fondunun investisiya siyasəti göstərir ki, SOFAZ -da prosesləri təhlil edərək çevik qərarlar verilmir. Bu isə fondun gəlirlərindəki artımların daha simvolik olmasına və əksər hallarda vəsaitlərinin idarəedilməsindən əldə edilən nominal artımların hətta dolların illik inflyasiya dərəcəsindən də geri qalmasına səbəb olur. Praktik olaraq, bu fondun əksər hallarda vəsaitlərinin idarəeildməinin əldə edilməsinin real artımlarının cüzi olmasına gətirib çıxarıb.