Nazir müavini: “Azərbaycanda böyük gücə malik kənd təsərrüfatı texnikasına təlabat yaranacaq”
21 Sentyabr 2012 14:47 İqtisadiyyatAzərbaycanda kənd təsərrüfatı kooperasiyalarının, geniş əkin sahələrinə malik təsərrüfatların yaradılması istiqamətində həyata keçirilən tədbirlər gələcəkdə həmin təsərrüfatlarda istifadə olunmaq üçün böyük gücə malik kənd təsərrüfatı texnikalarına təlabat yaradacaq. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Djon Dir beynəlxalq şirkətinin nümayəndə heyyəti ilə görüşdə səsləndirib. Görüşdə həmçinin nümayəndə heyyəti ilə fikir mübadiləsi aparılıb, onlara dövlətin aqrar sahəyə göstərdiyi qayğı, kənd təsərrüfatında görülən işlər, qazanılmış uğurlar və nailiyyətlər barədə məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31