120 dəmiryolçu mənzillə təmin olunub
3 May 2012 17:57 İqtisadiyyatSon iki il ərzində 120-dən artıq dəmiryolu işçisi mənzillə təmin olunub. "OLAYLAR"-ın verdiyi xəbərə görə, belə bir açıqlama ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edib. Bildirib ki, anoloji proses neft sənayesində çalışanlar üçün də davam edir: "Uzun müddət mənzil növbəsində dayanan insanlar çalışdıqları idarə-müəssisə, qurum tərəfindən bövbəli prinsip əsasında mənzillə təmin olunur". Millət vəkili deyib ki, hər hansı idarə-müəssisə, nazirliyin öz işçiləri üçün mənzil tikməsinə ehtiyac yoxdur: "Biz demirik ki, həmin qurumlar işçiləri üçün mənzil tiksin. Pulları varsa tikinti şirkətləri ilə müqavilə bağlayıb həmin mənzilləri ala və işçilərinə paylaya bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31