6759 istehsalçıya maddi yardım ediləcək
20 Sentyabr 2012 13:26 İqtisadiyyatKənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, iclasda 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından daxil olmuş sənədlərə baxılıb. Yekun olaraq 6759 nəfər istehsalçıya 49025,72 hektara görə 50 faiz güzəştlə satılmış 9565280 kq mineral gübrə üçün 2275187,28 manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul edilib.