ARDNŞ "Ümid" yatağından qaz tədarükünə başlayır

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Ümid" yatağından respublikanın qaz nəqliyyat sisteminə qaz tədarükünə başlayır. Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib. Onun sözlərinə görə, satışın həyata keçirildiyi quyunun gündəlik debiti 1,2 milyon kubmetr qaz və 150 ton kondensat təşkil edir.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, qazılan ilk kəşfiyyat quyusunun nəticələri üzrə yatağın ehtiyatlarının həcmi 200 milyard kubmetrdən artıq qaz və 40 milyon ton kondensat təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31