ARDNŞ ABŞ-ın enerji bazarına çıxır
19 Sentyabr 2012 20:15 İqtisadiyyatARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ABŞ-ın enerji bazarına çıxmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Oil, Gas & Media" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görgə, şirkət artıq Vaşinqtonda nümayəndəliyini açıb və yaxın vaxtlarda Hyustonda daha bir nümayəndəliyin açılışı gözlənilir.
"Biz ABŞ bazarına çıxmaqda maraqlıyıq. Siz bu layihələr işə salınanda, nədən söhbət getdiyini biləcəksiniz", - Bəylərbəyov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31