Qızıl etibarlı sərmayyədir? - FİKİR

Əli Məsimli: “Dünya iqtisadiyyatında gedən proseslərin neqativ meylləri investorları düşündürməyə başlayıb”

Dolların ucuzlaşmasının fonunda qızıl və neftin qiyməti artmaqda davam edir. Ekpsertlər mənzərəni dəyərləndirərkən qeyd edirlər ki, neftin qiymətində baş verən artım davamlı olmasa da qızıl bu istiqamətdə ən güvənilənidir. Buna görə də, qlobal mailiyyə böhranından bu yana qızılın qiyməti durmadan artır. Baxmayaraq ki, hazırda qızılın qiymətində baş verən artım 2011-ci ildəki rekord göstəriciyə çatmayıb. Hər halda qızılın dəyər qazanması yaxın vaxtlar üçün bu metala olan marağı artıracaq. Ekspertlər onu da vurğulayırlar ki, hazırda bir sıra ölkələr var ki, həmin ölkələr qızıl fondlarını genişləndirirlər. Bu baxımdan qızıla tələb artıb.  Qızılın qiymətinin artmasına münasibət bildirən millət vəkili, iqtisadçı Əli Məsimli deyib ki, dünya iqtisadiyyatında gedən proseslərin neqativ meylləri investorları düşündürməyə başlayıb. Nəticədə ən əlverişli variant kimi sərmayənin xeyli hissəsinin qızıla qoymaq variantı üzərində dayanılıb: "Ona görə də qızılın qiymətindəki artım bundan sonra da ziqzaqlı şəkildə olsa da hər halda davam etməsi ehtimalı böyükdür. Azərbaycan qızıl hasilatçısı kimi bundan nisbi qazanc əldə edir. Ona görə nisbi ki, qızıl almağa ehtiyacı olan ailələr, xüsusən də yeni ailə quranlar qızılı baha almalı olurlar. Digər bir məqam isə odur ki, qızılın yenidən populyarlaşması ona səbəb olub ki, Azrbaycan hökuməti də öz valyuta rezervlərində qızılın payını artırmağa başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31