Vergi orqanlarında 749 nəfər işlə təmin olunub

2005-2011-ci illər ərzində vergi orqanlarında işə qəbulla bağlı keçirilmiş müsabiqələrdə iştirak etmək üçün 6894 nəfər müraciət edib. Bu barədə Vergilər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, müraciət edən şəxslərdən 5844-nün sənədləri qəbul edilib. Onlardan 928-i test imtahanlarında müvəffəqiyyət qazanıb. Test imtahanlardan keçənlərin 782-si müsabiqədən nailiyyət əldə edib. Ümumilikdə 749 nəfər vergi orqanlarında işlə təmin olunub ki, onun da 207-si ötən ilin payına düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31