Səlim Müslümov Moldovanın Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti ilə görüşüb
18 Sentyabr 2012 17:58 İqtisadiyyatMoldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Sentyabrın 18-də Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov nümayəndə heyəti ilə görüş keçirib. Fondun İctimaiyyətlə əlaqələr şəbəsindən "Olaylar"a verilən məlumata görə, S.Müslümov bildirib ki, hazırda Azərbaycan pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqini uğurla davam etdirir. Bunlardan biri də Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişdir. İki ölkənin müvafiq qurumları arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın gələcək perspektivlərinə toxunan S.Müslümov ötən il Dövlət Sosial Müdafiə Fondu və Moldovanın Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını xatırladıb. Nümayəndə heyətinin Azərbaycana sentyabrın 22-nə kimi davam edəcək səfəri zamanı "Dövlət Sosial Müdafiə Fondunun təşkilati strukturu və əsasnaməsi. Administrativ xərclər", "Dövlət sosial sığorta ödəmələrinin fərdi uçotu" - "Pensiya işlərinin elektron uçotu və monitorinq" mövzusularında təqdimatlar keçiriləcək.