“Kəhriz-2008”-in suları xarab çıxdı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3282-ci məhəllədə "Kəhriz-2008" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı  içməli suların  müvafiq texnoloji təlimat olmadan istehsal edildiyi, suların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə müəssisədə istehsal edilən suların laborator müayinəsi aparılmadan satıldığı müəyyənləşdirilmişdir.
Yoxlama zamanı müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində  mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, eləcə də bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliform) olduğu aşkar edilmişdir
Bununla əlaqədar, su istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə insan istifadəsi üçün yararsız 722 litr suyun məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Kəhriz-2008" MMC-yə icrası məcburi göstəriş verilmişdir.
Göstərişin icrası ilə əlaqədar olaraq, istifadə üçün yararsız 722 litr sərinləşdirici içkil Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilmişdir. ("OLAYLAR"İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31